Amerikanın 96 senator və konqresmeni iki ayağını bir başmağa dirəyib ki, Bayden administrasiyası Azərbaycana mütləq sanksiya tətbiq etməlidir. Avropa İttifaqından da oxşar çağırışlar eşidilir.  Qərbi cin atına mindirən odur ki, Azərbaycan onların çaldığı ilə oynamır. Onları eşitmir. Öz maraqlarından çıxış edir. Lazım bildiyi məqamda kəskin addımlar atır.  
Düşünmürəm ki, ABŞ və Avropa İttifaqı Azərbaycana sanksiya tətbiq etsin. Bu, qeyri-rasional yanaşma olardı. Əksinə, ABŞ və Avropa İttifaqı çalışacaq ki, Azərbaycan+Türkiyənin əli ilə Rusiyanı Cənubi Qafqazdan çıxarsın. Rusiyanın Cənubi Qafqazdan qovulması Qərb üçün bir ovuc erməninin rəğbətini qazanmaqdan daha önəmlidir.
Bəzi dostlarımız deyir ki, Azərbaycanı beynəlxalq məhkəməyə verə bilərlər. Düşünmürəm. Çünki məhkəmə Azərbaycanın xeyrinə qərar çıxarmalı olacaq. Qarabağda qeyri-qanuni hərbi birləşmələr olub? Olub. Ermənistan Qarabağda hərbi birləşmələr saxlayıb. Saxlayıb. Azərbaycan üçün məhkəmədə bunu sübut etmək 2+2 kimi bir şeydir. Bu isə o deməkdir ki, məhkəmə silahlı separatizmə dəstək verdiyinə görə məhz Ermənistan mühakimə olunmalıdır. Ermənistanın mühakimə olunması isə Qərbə lazım deyil...
Elbəyi Həsənli,
isveçrə, Surix
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN