Prezidentin sabiq köməkçisi Əli Həsənovun barəsində sensasion açıqlamalar var…

…Ölkə başçısının sabiq köməkçisi, Azərbaycanın media siyasətini müəyyənləşdirən Əli Həsənovun kurasiya etdiyi ləğv olunmuş Prezident yanında KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəmə prosesinin getdiyi bir vaxtda, Əli Həsənov ölkə mediasında böyük sürətlə sərt tənqid edilir. Ortaya ifşaedici faktlar da çıxır. Məsələn, hazırda xaricdə mühacir olan araşdırmaçı jurnalist Elbəyi Həsənli özünün fb səhifəsində yazır:   

«"Həsənov küt alətdir, uzaqgörən fikirlərə sahib olan birisi deyil". ("Hasanov is a blunt instrument, not a visionary thinker"). 2006-2009-cu illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Enn Dörsi ABŞ Dövlət Departamentinə göndərdiyi hesabatda Əli Həsənov haqqında belə yazmışdı. Fikir verin, xanım diplomatın “kütbeyin” adlandırdığı Əli Həsənov 2014-cü ildə (iyulun 27-də) “BBC Azərbaycan”a verdiyi müsahibədə etiraf edirdi ki, onun ailə üzvləri biznesdə ciddi uğurlar qazanıb. Belə ki, “Araz FM”, “Golden Prince LLC”, “Kaspi Global MMC”, “Kaspi Medical Center”, “Mətbuat Evi” LLC, “Kaspi – EC LLC”, “Kaspi Co”. tikinti müəssisəsi, “Kaspi.Az”, “Kaspi Mətbuat Yayımı” LLC, "Kaspi" qəzeti, “Xəzər TV”... Əli Həsənovun oğlu Şamxal Həsənli “Xəzər TV”nin prezidenti olub. 2020-ci ildə (martın 6-da) onu sahibi olduğu TV-dən qovublar (?) və Şoumen Murad Dadaşov onun yerinə təyin olunub. Şamxal Həsənli FETO-ni maliyyələşdirməkdə ittiham olunub. 2020-ci ildə isə (sentyabrın 14-də) Türkiyənin iqtidarabağlı “Türkiye” qəzeti Əli Həsənovu da FETO ilə sıx əlaqədə suçlayıb. Təbii ki, FETO söhbəti yalandır. Əli Həsənovun dini-imanı pul olub. Onu dindar hesab etmək yanlış olardı... Əli Həsənov Azərbaycanda “trolların xaç atası” kimi tanınıb. Onun başçılıq etdiyi trol sürüsü Azərbaycan iqtidarının təbliğatı üçün ciddi işlər görüb. Müxalif mövqeli insanlara sosial şəbəkələrdə hücumlar təşkil edib... Axırı da belə. İndi onun həmin trol dəstəsinin üzvləri Əli Həsənovun özünü yıxıb, sürüyür. Üstəlik, Əli Həsənovun tualetdə jurnalist xanımla intim görüntülərini yayırlar...».

Professor Qulu Məhərrəmli isə bu statusa maraqlı şərh yazıb: «…Çox maraqlı və obyektiv təhlildir… Əli Həsənov proseslərə dövlət şüuru ilə yox, qəbilə-tayfa təfəkkürü ilə yanaşırdı. Prezidentin etimadından sui-istifadə edən bu “küt alət” cəmiyyətin əxlaqını pozmaq üçün çox şey edib. Əli onun iradəsini qəbul etməyənlərə trol hücumları təşkil edirdi. Onun XƏZƏR TV-ni ələ keçirmək, o cümlədən məni də oradan uzaqlaşdırmaq üçün hansı oyunlardan çıxdığının şahidiyəm. Mehman Əliyev, Elçin Şıxlı, Arif Əliyev və mənim əleyhimə böhtanlar yazmaq üçün saytlarına və trollarına tezisləri şəxsən özü tərtib edirdi. Trolları özündən, özü də hamısından əxlaqsız!».

Azərbaycanın Əməkdar jurnalisti Xalid Niyazov isə yazır: «…2017-in iyulunda onun başında durduğu ideoloji işin dörd bir yandan çat verdiyini və s. yazanda həmin trol tor-töküntüləri, başda indi də Prezident Administrasiyasında işləyən Vüqar Əliyevlə birlikdə, üstümə gəlməyə cəhd etdilər. Ancaq təbii ki, bacarmadılar. Elə həmin dəstə sonradan Əli Həsənov linçlənəndə ya susdu, ya da eyni xora qoşuldu. Öz əkdikləri idi...».

Bəli, öz əkdikləri indi özlərinə problem yaşadır…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN