Nəhayət, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Baş Prokuror və keçmiş səfir Eldar Həsənovun cinayət işi üzrə hazırlıq iclası baş tutub...

Lakin məhkəmənin binası qarşısında izdiham yaşanıb...  "Təzadlar"ın məhkəmə prosesini izləməyə getmiş əməkdaşının sözlərinə görə, E.Həsənovun doğmalarının və yaxınlarının iştirak etmək istəkləri problemlərlə qarşılaşıb, onlara pandemiya bəhanəsi ilə zala girməyə icazə verməyiblər. E.Həsənovun vəkilləri isə başqa bir problemlə qarşılaşıb: onların qarşısını kəsən məhkəmə nəzarətçiləri telefonunu əllərindən almağa cəhd edib. Buna etiraz edən vəkillərlə nəzarətçilər arasında qalmaqal düşüb. Telefonunun alınmasına etiraz edən vəkil Adəm Məmmədov dövlət ittihamçısına da məxsus telefonun alınmasından sonra öz telefonunu təhvil verəcəyini deyib. Bundan başqa, nəzarətçilər müstəqil KİV təmsilçilərini prosəsə buraxmayıb. Jurnalistlərə qarşı kobud davranan nəzarətçilər bildiriblər ki, yalnız Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri  Mahmud Nəbiyevin dəstəklədiyi və məsləhət bildiyi siyahı üzrə jurnalistlər zala buraxılacaq. Prosesə sədrlik edən hakim Əfqan Hacıyevə yaxınlaşan jurnalistlər isə bu qanunsuzluğa qəti etiraz etsələr də, hakim onların etirazlarına məhəl qoymayıb.

Əlavə məlumat veriləcək.

*** 

Baş Prokurorluqdan "Təzadlar"a verilən rəsmi məlumatda bildirilir ki, "... aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmuşdur.  Avqustun 16-da cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir. Son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılmaqdadır. Bununla bağlı bildirilir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunmuş, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmamışdır".  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN