Məlum olduğu kimi, Paşinyan Gürcüstana gəlib. İki gün bu ölkədə işgüzar səfərdə olacaq...
O, dünən Gürcüstan Prezidenti Salome ilə, ardınca baş nazir Qaribaşvili ilə görüşüb... Qaribaşvili Paşinyanı ağıllı olmağa, bölgədə Rusiyanın əli ilə gərginlik ocağı yaratmamağa çağırıb: "Qarabağ müharibəsi, əlbəttə ki, bölgəmiz üçün əsl problem idi, amma indi cənab Nikol Paşinyanın yeni planlarının nə olduğunu öyrəndiyimə görə, bu problemin yeni bir fürsətə çevriləcəyinə inanıram". Baş nazir əlavə edib: "Bu fürsət Ermənistana və erməni xalqına firavanlıq gətirəcək. Onu da demək istərdim ki, Ermənistanın sabitliyi bizim üçün həm siyasi, həm də iqtisadi baxımdan çox vacibdir və bu, birbaşa ölkəmizin və ümumiyyətlə bölgənin sabitliyi ilə bağlıdır. Buna görə də ümumi regional məqsədimizi üç sözə sığdırmaq istərdim, bu bizi, hamımızı, hər üç ölkəni və regionun hər bir ölkəsini birləşdirən - sülh, sabitlik və firavanlıq sözləridir".
Bəli, Ermənistanın siyasi rəhbərliyi Qaribaşvilinin Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli münasibətin gələcəyini belə ifadə edib. Ermənistandakı populistlər buna necə baxır, bu gün bəlli olacaq.
A.Məmmədli