" Reuters" agentliyinin yaydığı xəbərə görə, “Microsoft” şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun “Four Season” hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb.
Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan “Cascade Investment” investisiya şirkəti Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülazizin “Four Seasons” hotelinin səhmlərinin yarısını almaq qərarına gəlib.
Hotel rəhbərliyi tərəfindən ictimaiyyətə verilən məlumatda qeyd olunur ki, Bill Qeytsinin şirkəti bu müqavilə üçün 2,21 milyard dollar ödəyib.
Hazırda Səudiyyə şahzadəsi “Four Seasons”da səhmlərin 23,75-nə, “Four Seasons”un qurucusu İsador Şarp isə 5 faizinə sahibdir.
Şakir QURBANOV