Türkiyədə "6-cı Qızıl İnsan Mükafat"ları öz qaliblərini müəyyənləşdirib...

Trtajans Holdinqin sədr müavini Yasimin KURT-un "Təzadlar"a verdiyi açıqlamadan bəlli olur ki, münsiflər heyyətinin qiymətləndirmələrindən sonra qərar qəbul olunub və ötən gün İstanbulda təşkil edilən mərasimdə layiq görülənlərə mükafatlar təqdim edilib. Sitat: "CNN TÜRK ailəsinə də iki mükafat verildi. Kanlıca Mihrabat bağında təşkil edilən mərasimdə "Qızıl İnsan Mükafatları" sahiblərinə çatdırıldı və təqdim olundu. İlk dəfə 2018-ci ildə təsis edilən "Qızıl İnsan Mükafatları" bu il 6-cı dəfədir müəyyənləşdirilib... Bu ilki mükafat alanlar arasında AK Partiya İstanbul Millət vəkili Serkan Bayram, Hospis sədri Hamza Cebeci, Prof. İsmail Hakkı Aydın, Prof. Nevzat Tarhan, Dos. Cihat Yaycı, fotoqraf Ozan Sağdıç və yazıçı Sinan Yağmur da var... Həmçinin “Milliyet” qəzetinin köşə yazarı Əli Eyüboğlu da “Qızıl Qələm Mükafatı”na layiq görülüb.
Mükafat mərasimində iş dünyasından, incəsənətdən, ədəbiyyatdan və mediadan bir çox adlar iştirak edib. Əvvəlki 5 ildən fərqli olaraq, bu il mükafatlandırma mərasiminə rəssamlar, səhiyyə işçiləri və yazıçılar ayrıca formatda qatılıblar... ".

Xatırladaq ki, CNN TÜRK-ün də iki mükafat aldığı gecədə Səməd Güner “İlin ən yaxşı diktoru” seçilib. Azərbaycanın haqq səsini dünyaya çatdıran, Azərbaycansevər Fulya Öztürk isə təbii fəlakət bölgəsindən verdiyi xəbərlərinə görə bu mükafata layiq görülüb...

*** 

d038bfcc-37cb-47da-9eb4-2f64c44ce317

Türkiyə oxucularımız üçün mətni Türkiyə türkcəsində təqdim edirik:

"Altın İnsan Ödülleri" sahiplerini buldu… CNN TÜRK’e iki ödül
6’ncısı düzenlenen Altın İnsan Ödülleri sahiplerini buldu. Birçok dalda yapılan değerlendirmeler sonucu ödüle layık görülen isimlere ödülleri İstanbul'da düzenlenen törenle takdim edildi. CNN TÜRK ailesine de iki ödül verildi.
Altın İnsan Ödülleri, Kanlıca Mihrabat Korusu'nda düzenlenen törenle sahiplerine verildi.
İlk olarak 2018 yılında başlayan 'Altın İnsan Ödülleri'nin bu yıl 6'ncısı düzenlendi.
Bu yıl ödül alanlar arasında AK Parti İstanbul Milletvekili Serkan Bayram, Darülaceze Başkanı Hamza Cebeci, Prof. İsmail Hakkı Aydın, Prof. Nevzat Tarhan, Doç. Cihat Yaycı, fotoğrafçı Ozan Sağdıç ve yazar Sinan Yağmur da yer aldı.
Geçmiş 5 yıldan farklı olarak bu sene ressamlar, sağlıkçılar ve yazarlar ayrı bir formatta sanatçılarla buluştu.
CNN TÜRK'ün de iki ödülün sahibi olduğu gecede Samet Güner, "Yılın En İyi Spikeri" seçildi.
Doğal afet haber farkındalığı alanında da Fulya Öztürk ödüle layık görüldü. Milliyet gazetesi köşe yazarı Ali Eyüboğlu da "Altın Kalem Ödülü" aldı. Ödül törenine iş, sanat ve edebiyat ve medya dünyasından birçok isim katıldı".

Təqdim etdi: Yasəmən Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN