Xəbər verildiyi kimi, İtaliyanın “La Repubblica” qəzetinin Prezident İlham Əliyevdən müsahibə götürüb... Prezident Avropanın Azərbaycan maraqlarına dair suala cavabında olduqca maraqlı məqamları açıqlayıb...
Prezident İlham Əliyevin cavabından bəlli olur ki, Avropa İttifaqı Cənubi Qafqazda, daha doğrusu, Azərbaycanda iki istiqamətdə təmsilçiliyə daha çox maraq göstərir. Bu istiqamətlərdən biri nəqliyyat- kommunikasiya xəttidir: “Biz Azərbaycanı Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çeviririk. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır”.
İkinci istiqamət isə enerji təhlükəsizliyi, enerji təminatı sahəsində əməkdaşlıqdır. Prezident vurğulayıb ki, hazırda bu məsələlər geniş şəkildə müzakirə edilir: “Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin bu yay Azərbaycana səfəri zamanı biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının geniş gündəliyi ilə bağlı ətraflı müzakirələr apardıq. Əlbəttə, əməkdaşlığımızın enerji kimi ənənəvi sahələri var ki, buradakı nəhəng layihələrin icrasını yalnız alqışlamaq olar. Diqqətimizi Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəltmişdik. Ötən ilin sonuncu günü – dekabrın 31-də ilk qaz Avropaya nəql edilməyə başlandı və İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başladı. Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcək. Bu iş artıq başa çatdırılıb”.
Prezident işarə vurub ki, Azərbaycan Avropa İttifaqı ilə yanaşı, Avaropanın ayrı-ayrı ölkələri ilə ikitərəfli əməkdaşlığın inkişafına xüsusi önəm verir: “Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında Avropa İttifaqının rolunu müzakirə edirik. İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu, təsadüfi deyil. Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”.
 Bəli, Azərbaycan 44 günlük tarixi qələbəsi ilə bölgədə yeni reallıq yaradıb. Avropanın bəzi ölkələri indiyədək Azərbaycanı məğlub, əzilmiş ölkə kimi tanıyırdısa, indi Azərbaycanı işğalçı- siyasi populist Ermənistanın başını dəmir yumruqla cəmi 44 günə əzən ölkə kimi qəbul edir... Bu isə o deməkdir ki, Azərbaycan bu qondarma Ermənistanın 30 illik işğalına, onun himayədarlarının təzyiqlərinə indiyədək dözdüyü halda, Ermənistan heç 44 gün Azərbaycanın qarşısında duruş gətirə bilmədi...
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN