Rusiya Vəkillər Gildiyiasının vitse-prezidenti, Başqırdıstan Vəkillər Kollegiyasının və  Başqırdıstan Dövlət İmtahan Komissiyasının sədri, professor Valeh Abbasov ölkə rəhbərinin «Təşəkkürnamə»sinə layiq görülüb.

 Başqırdıstan Respublikasının başçısı Rüstəm Xamitovun imzaladığı «Təşəkkürnamə»də deyilir: «Respublikanın vətəndaş institutlarının inkişafı, eləcə də vətəndaşların hüquq və azadlıqlarının təmini sahəsindəki xidmətlərinə görə Valeh Osman oğlu Abbasov Başqırdıstan Respublikası başçısının «Təşəkkürnamə»si ilə təltif edilsin!».

Xatırladırıq ki, professor, hüquq elmləri doktoru Valeh Abbasov uzun illərdir Başqırdıstanda yaşasa da, Azərbaycanın və Rusiyanın ictimai-siyasi həyatında, vəkillik institutlarının, eləcə də vətəndaş cəmiyyətləri institutlarının inkişafı sahəsində çoxsaylı uğurlu fəaliyyətə imza atmışdır.

V.Abbasov, həmçinin Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin və İNK-nin Rusiya nümayəndəliyinin rəhbəridir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN