Somalinin paytaxtı Moqadişoda partlayış törədilib.
Məlumata görə, terrorçular Afrika Birliyinin Somali üzrə sülh missiyasının avtomobil karvanını hədəfə alıb.
Nəticədə, 8 nəfər həlak olub. 23 yaralı var.
Qeyd edək ki, hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, terror aktının Əş-Şəbab qruplaşması tərəfindən törədildiyi güman edilir.
E.ŞİRİNOV