Moldova da Ukrayna müharibəsindən cəsarətlənib və Rusiya qoşunlarının vaxtilə işğal etdiyi ərazilərdən çıxarılmasını tələb etməyə başlayıb...

Belə ki, Moldova prezidenti Maia Sandu çıxışında bildirib ki, Kişinyov Rusiya hərbçilərinin Moldova ərazisindən çıxarılmasında israr etməkdə davam edir. Bu məlumatı həm də "RİA Novosti" yayıb. Prezident deyib: "Moldova hər zaman Rusiyanın Dnestryanı münaqişəsində mühüm rola malik olduğunu, yarandığı gündən bu günə qədər baş verənlərə qədər açıq şəkildə bəyan edib. Biz Rusiya hərbçilərinin çıxarılmasını xahiş edirik, anbarlardakı sursatların ləğvini xahiş edirik, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq”.

"Təzadlar" xatırladır ki, Avropa Şurası Parlament Assambleyası dünən Rusiya Federasiyasının Ukraynadakı fəaliyyətinə dair sənəd qəbul edərkən  Dnestryanı ərazini Rusiya işğalı zonası kimi tanıyan düzəliş qəbul edib. 

Rəsmi Kreml isə prezident Sandunun bu tələbinə hələki cavab verməyib... Belə görünür ki, tezliklə Gürcüstan da Rusiya qoşunlarının Gürcüstanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edəcək...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN