NATO Zelenskinin arzu vələbini təmin etməyə başladı...

Belə ki, Hollandiya və Almaniya NATO-nun tələbi ilə Ukraynaya təhvil verilən S-300 hava hücumundan müdafiə sistemləri əvəzinə Amerikanın “Patriot” zenit-raket komplekslərini Slovakiyaya tədarük edəcək. Bu barədə “Evropeyska Pravda” “İnterfaks-Ukrayna”ya istinadən məlumat yayıb.
"Almaniya və Hollandiya Slovakiyanın mərkəzindəki Sliac aviabazasının ərazisində "Patriot" hava hücumundan müdafiə sistemlərini yerləşdirəcək. Bu gün sistemin yerləşdirilməsi ilə bağlı yekun qərar qəbul edilib. Onlar müttəfiqlərin qarşısının alınması və müdafiəsi üçün nəzərdə tutulub. Slovakiya ərazisini və onun sakinlərini istənilən raket təhlükəsindən qoruyacaq. Slovakiya isə Ukrayna ilə həmsərhəddir. "Patriot" hava hücumundan müdafiə sistemləri aprelin ortalarından növbəyə çıxacaq”, -deyə Hollandiya hərbi idarəsinin bəyanatında deyilir.

 Xatırladaq ki, bir gün əvvəl Slovakiyanın müdafiə naziri Yaroslav Nagy amerikalı həmkarı Lloyd Austin ilə birgə mətbuat konfransında Slovakiyanın Sovet istehsalı olan vahid S-300 hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verəcəyini bildirmişdi. "Mən indi Ukraynanın nəyə ehtiyacı olduğunu başa düşürəm. Biz hamımız Ukraynaya bacardığımız qədər kömək etməyə çalışırıq. Amma mən Slovakiyanın müdafiə naziriyəm və ilk növbədə Slovakiyanın müdafiə ehtiyaclarını ödəməliyəm. İndi bizim vahid S- 300 sistemi var, ona görə də alternativ olmadan onu verə bilmərəm”, - deyə Naqi S-300-lərin Slovakiyadan Ukraynaya ötürülə biləcəyi ilə bağlı şayiələrə münasibət bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirmişdi ki, Sovet və Rusiya raketdən müdafiə sistemləri üçüncü ölkələrə verilə bilməz. Onun sözlərinə görə, S-300-lərin başqa dövlətlərdən Ukraynaya verilməsi qeyri-qanuni olacaq və Moskva belə hərəkətlərə yol verməyəcək. O, həmçinin əlavə edib ki, Ukrayna ərazisinə gətirilən Qərb silahları olan bütün yüklər Rusiyanın hədəfinə çevriləcək. Buna cavab olaraq isə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukraynanın Rusiya işğalına qarşı müqavimət göstərmək üçün hansı hərbi yardım ala biləcəyinə özü qərar verir, Moskvadan icazə almır...

NATO-nun bu günkü qərarına isə hələki rəsmi Moskvadan reaksiya verilməyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN