Avropa İttifaqı Rusiyanı Mariupol və mühasirədə olan digər şəhərlərə humanitar dəhlizlərə və humanitar yardımın çatdırılmasına zəmanət verməyə çağırıb və Ukraynaya qarşı müharibəni dərhal dayandırmağl tələb edib...
"Rusiya mülki əhaliyə zərbələr endirir və mülki obyektlərə, o cümlədən xəstəxanalara, tibb müəssisələrinə, məktəblərə və sığınacaqlara zərbələr endirir. Bu hərbi cinayətlərə dərhal son qoyulmalıdır. Cinayəti törədənlər və onların əlaltıları beynəlxalq hüquq normalarına uyğun olaraq cavab verəcəklər. Mariupolun və Ukraynanın digər şəhərlərinin mühasirəyə alınması, eləcə də Rusiya silahlı qüvvələrinin humanitar yardımın buraxılmaması qəbuledilməzdir. Rusiya qüvvələri dərhal Ukraynanın digər bölgələrinə təhlükəsiz keçidi, həmçinin Mariupol və mühasirədə olan digər şəhərlərə humanitar yardımın çatdırılmasını təmin etməlidir”.
Tezadlar.az xatırladır ki, Avropa İttifaqı, həmçinin Rusiyanı beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyə çağırıb və Rusiyadan dərhal müharibəni dayandırmağı, qoşunlarını və texnikasını Ukraynadan çıxarmağı, ərazi bütövlüyü və suverenliyinə hörmət etməyi tələb edib və bütün ölkələri bu tələbə qoşulmağa çağırıb. Rusiya Federasiyasına qarşı sanksiyalar da davam etdiriləcək.
Qeyd olunur ki, Ukraynanın atom elektrik stansiyalarının təhlükəsizliyi xüsusilə MAQATE-nin dəstəyi ilə təmin edilmələcək.
Rusiyanın hərbi və siyasi rəhbərliyindən isə Aİ-nin bu tələbinə hələki hansısa reaksiya yoxdur.
A.Məmmədli