Fransa eyni vaxtda üç nüvə sualtı qayığını döyüş növbətçiliyinə yerləşdirib.
Bu isə son 30 ildə ilk dəfə olaraq baş verib...
Bu barədə "The Times" məlumat yayıb.
Fransanın 4 "Le Triomphant" sinifli ballistik raket sualtı qayığından ikisi Brestin cənubundakı İl -Lonqdakı bazasını tərk edərək, Atlantik okeanının altında daimi patrulda olan yeganə gəmini dəstəkləyib.
Adətən, bir sualtı qayıq Atlantik okeanının altında daima patrul edir. İndi ona daha iki sualtı qayıq qoşulub.
“The Times” yazır ki, Fransanın sualtı qayıqların çıxarmasına səbəb Rusiyanın nüvə təhlükəsidir. Sonuncu dəfə eyni anda üç sualtı qayıq, soyuq müharibənin bitməsindən on il əvvəl, Avropada orta mənzilli raketlər üzərində - ABŞ- Sovet qarşıdurması zamanı yerləşdirilmişdi.
Qeyd edək ki, Fransa Avropa İttifaqında nüvə silahına malik yeganə ölkədir.
Həmçinin onu da qeyd edək ki, “Le Triomphant” sinfinə məxus sualtı qayıq Fransanın nüvə silahlarının əsas daşıyıcısıdır. Qeyd edildiyi kimi, Fransanın bu sinfə məxsus ümumilikdə 4 sualtı qayığı var.
Məlumatlara görə, sualtı qayığın silahlanmasına - 16 ədəd M51 qitələrarası ballistik raket (mənzili 9000 kilometr), 4 ədəd 533 mm-lik torpedo, 10 ədəd F17 torpedo və 8 ədəd “Exocet” SM39 gəmi əleyhinə raketlər daxildir.
Xatırladaq ki, NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin keçmiş komandanı, general Uesli Klark CNN telekanalına açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edərək Polşa ərazisinə zərbə endirmək əmri verə bilər.
Ola bilsin ki, generalın bu xəbərdarlığı da Fransanı ehtiyatı əldən verməməyə sövq edib...
JASMİN