Türkiyə milli müdafiə naziri Hulusi Akar Rusiya müdafiə naziri Serqey Şoyqu ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Danışıq zamanı Rusiya-Ukrayna müharibəsi müzakirə olunub.
Nazir Akar müharibənin diplomatik həllə dayandırılmasına kömək etmək üçün dərhal atəşkəsin vacibliyini və mülki əhalinin xüsusilə Mariupoldan təhlükəsiz təxliyəsinin vacibliyini qeyd edib.
Bundan əlavə o, humanitar yardımlara hər cür dəstəyi verməyə çalışan Türkiyənin əvvəl də olduğu kimi bölgədə sülhün təmin olunması üçün üzərinə düşəni etməyə davam edəcəyini bir daha vurğulayıb.
E.ŞİRİNOV