...Rusiyanın BMT-də Daimi Nümayəndəsi Vasiliy Nebenzya və başqa diplomatlar cəmi 2-3 ay öncə BMT və başqa qurumlarda Putinə xoş gəlmək üçün Putin kimi lotu dilində danışırdılar. Müsahiblərinə diplomata yaraşmayan şəkildə, hədəylə "Başıvı qaldır, gözümün içinə düz bax!" kimi qaba, lotu ya müstəntiq-prokuror ifadələri işlətməkdən çəkinmirdilər. Belə, guya ki cəsarətli danışıq, üstəgəl çağdaş Rusiya ordusunun sovet ordusu kimi komandanı Stalin uğrunda ölümə getməyə hazır orduya bənzədilməsi, üstəgəl nüvə şantajı dünya toplumunda bir çaşqınlıq, bu nəhəng güc qarşısında bir qorxu hissi yaradırdı. Bu blefi və mifi Ukrayna bir aya dağıtdı. Bəs indi?...
BMT İnsan Hüquqları Şurasında RF-nin üzvlüyü dayandırılma iclasında Rusiya Federasiyasının nüməyəndəsinin danışığını görəydiniz! Tərbiyəli, nəzakətli, diplomatik... Nebenzya deyil, başqası, bu şəkildəki idi. Fərqi yox, mənə ləzzət elədi.
Bunu nə üçün xatırladım? - Adın nədir? - Daşdəmir! - Yumşalısan, yumşalı!
Çingiz Sultansoy
jurnalist