Kiyev vilayətindəki Makarov yaşayış məntəqəsində dəhşətli hadisənin üstü açılıb: burada rus hərbçilərinin güllələdiyi 132 mülki şəxsin cəsəd tapılıb, kənd 40% dağıdılıb...
Tezadlar.az bildirir ki, bu barədə Makarov kəndinin başçısı Vadim Tokar telemarafonun efirində danışıb: “Dünəndən etibarən biz rus vəhşilərinin gülləsinə tuş gələn 132 mülki vətəndaşın şəxsiyyətini müəyyən etmişik". Tokar əlavə edib ki, Makarov 40% dağılıb, bir çox evləri artıq bərpa etmək mümkün deyil. Onun sözlərinə görə, ölənlər kütləvi məzarlıqlarda tapıblar. Təcrid olunmuş cəsəd tapıntıları da var idi. O, müharibədən əvvəl kənddə 15 min nəfərin yaşadığını, müdafiənin aktiv fazasında isə mindən az adamın qaldığını bildirib. Sitat: "В Макарове в Киеве нашли 132 человека, расстрелянных в России. Источник: сельский голова Макаров Вадим Токарь во время телемарафона. «На вчерашний день мы подняли 132 мирных жителя, расстрелянных русскими орками». Токарь добавил, что Макаров разрушен на 40%, многие дома восстановлению уже не подлежат. По его словам, погибших нашли в массовых захоронениях. Были и единичные находки тел".
Bu dəhşətli qətllər davam edir. Bu gün isə rus hərbçiləri Ukraynada dəmiryol stansiyasına "İsgəndər" raketi atıb, yüzlərlə insan həlak olub, çoxsaylı yaralılar var...
Teyyub Əlioğlu