Prezident Vladimir Zelenski Rusiyaya qarşı 5-ci sanksiyalar paketinə görə Avropa İttifaqına təşəkkür edib, lakin bunun Rusiyanın təcavüzünə qarşı durmaq üçün kifayət etmədiyini də bildirib...

Tezadlar.az bildirir ki, Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə görüşdən sonra keçirilən brifinqdə belə deyib: “Mən bu güclü sanksiya siyasətinə görə təşəkkür etmək istəyirəm, bütün dünyaya, AB-yə, Ursula fon der Leyenə təşəkkür edirəm, şəxsən mən 5-ci sanksiyalar paketinə görə minnətdaram, amma hesab edirəm ki, bu, kifayət deyil. Bizdən çox şey aldılar - həm əraziləri, həm də insanları bizdən aldılar. Biz əraziləri geri ala bilərik, amma insanları geri ala bilmərik. Bütün bunlara görə isə əminəm ki, böyük vicdanlı məsuliyyət olacaq.
Ona görə də xahiş edirəm, sanksiyalarınızla bizə kömək edəsiniz. Onlar yalnız böyüməlidirlər. Başqa cür desək, Rusiya heç nə və heç kimi eşitmək istəmir”.

Qeyd edək ki, dünyanın əksər dövlətləri Rusiyanı diz çökdürəcək sanksiyalara qoşulub. Artıq nəticələr də ortadadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN