Rusiya prezidenti Vladimir Putin Avstriya kansleri Karl Nehammerə deyib ki, “müharibə daha tez başa çatsa, daha yaxşı olardı” – lakin Putinin bu sözlərlə dəqiq nəyi nəzərdə tutduğu bəlli deyil.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, Nehammer Putinlə danışıqlardan sonra The New York Times qəzetinə açıqlama verib. Nehammer Putindən sitat gətirərək: “O (müharibə) mümkün qədər tez bitsəydi, daha yaxşı olardı”, -dedi. Kansler əlavə edib ki, Putinin sözlərinin məzmunu aydın deyil, çünki bu sözlər ya Putinin sülh danışıqlarına hazır olduğunu, ya da Donbasa tez və qəddar hücum planı hazırladığını göstərə bilər.

 Kansler qeyd edib ki, “bizdə heç bir illüziya ola bilməz: Prezident Putin müharibə məntiqini tam qəbul edib və ona uyğun hərəkət edir... Ona görə də hesab edirəm ki, onunla daim müharibə faktları ilə üzləşmək çox vacibdir”.
Nehammer deyib ki, Putin Ukraynanın hərbi cinayətləri ilə bağlı iddialarını bir kənara qoyub. Nehammer Putini Ukraynadakı vəhşilikləri rədd edən kimi xarakterizə edib.
Avstriya kansleri onu da bildirib ki, Rusiya qüvvələrinin Donbasa qarşı genişmiqyaslı hücuma səfərbər olduğu aydındır...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN