MEDİA Agentliyi bunun qarşısını necə alacaq?

Xəbər verildiyi kimi, MEDİA Agentliyi (jurnalistlərin halal-haqqına çirkli əl uzadanların qüdazına gedən, elə özünü də bu çirkli fəaliyyətə bulaşdıraraq dələduzluq (Mətbuat Şurasının təbirincə, reket fəaliyyətinə) əməlinə görə neçə aydır həbsdə yatan Vüqar Səfərli ilə bərabər tarixin arxivinə verilmiş KİVDF-dən fərqli olaraq) qəzet və saytlara yaşıl işıq yandırıb. Və media haqqında yeni qanun da yazılır. Bu isə o deməkdir ki, artıq Əli Həsənovların, Vüqar Səfərlilərin... “qanunları” keçərli olmayacaq. Ən azı ona görə ki, Prezidentin 10 il ərzində inanıb etibar etdiyi bu adamlar etibarı və etimadı pula satıb həm özlərini, həm də mediamızı qırx arşın quyunun dibinə saldılar. Onlara baş əyməyən medianı, əslində isə, Azərbaycanın müstəqil mətbuatını zəlil günə  saldılar. Bunu 44 günlük Zəfər müharibəmizdə aydın şəkildə gördük. Azərbaycanın media siyasəti etibar edilmişlərin etibarsızlığı və etimadsızlığı onunla cavablandı ki, xarici jurnalistlərin qərəzli suallarını ya Ali Baş Komandan İlham Əliyev cavablandırırdı, ya da Prezidentin köməkçisi Hikmət Hacıyev. Təsəvvür edirsinizmi, işğalçı düşməni diz çökdürməklə məşğul olmalı Ali Baş Komandan mətbuatımızın uzun illərdir edilmiş zəlillliyi üzündən xarici jurnalistlərə özü cavab verməklə qızıl kimi vaxtını belə əsəbi işlərə sərf etməli olurdu.

Keçənə güzəşt, -deyirlər Amma mən düşünürəm ki, 10 ilimizi əlimizdən almışlara necə və nədə güzəşt edəsən?

***

...Keçək mətləbə: MEDİA Agentliyi qəzet və saytlar üçün əlçatan layihə şərtlərini ortaya qoyub. Saytlar ilk dəfədir bu layihəyə cəlb edilir. Dövlətin də media siyasəti budur ki, şəffaflıq olsun və saytlar da informasiya operativliyində dövlətin yanında dursun. Amma apardığımız təhlillər göstərir ki, vaxtilə yalan arayışlara vərdiş etmişlər indi də saytlarının sayğacına haram qatmaqdadırlar. “Təzadlar”ın reportyorları kiçik bir monitorinq apardı. Ortaya olduqca təəssüfləndirici faktlar çıxdı. Hələki adını çəkmək istəmədiyimiz və populyar sayılan saytların 6-sının saytında baxış sayı ilə bağlı monitorinq apardıq. Məsələn, qəsdən ən az maraq kəsb edən xəbərlərin oxu sayına baxırıq. Təsəvvür edin, birində yazını açıb-bağlayırsan, sayğac tərpənmir, bir də görürsən 10, 20 baxış sayı artımı var.

 Digər üzdə olan saytda isə sayğac 4-4 artır. Başqa birisində isə gülməli də olsa, sayğac gah 50-50, digərində 100-100 və s. artımlı olur. Belə çıxır ki, bu saytlar oxucu populyarlığını belə saxta saylar hesabına qazanıblar?!

 Qısası, ayıb olan işdir. İndiki texnologiya sayta hansı dəqiqədə hardan, hansı ölkədən, hətta bir şəxsin neçə dəfə daxil olmasını dəqiqliklə aşkar edir, günlük, aylıq diaqramı ortaya qoyur. Yəni, bu sayğac saxtakarlığını edərək guya adi bir xəbərin gün ərzində 2-3 min, bəzən 8-10 min oxu sayını göstərməklə onlar nə demək istəyirlər? Bəlkə düşünürlər ki, MEDİA agentliyi bunların kələyini başa düşmür? Belə düşünürlərsə, onda çox təəssüflər!

SONDA: 10-dək özündən deyən, çoxlarının "populyar" adlandırdıqları" saytların sayğac kələyini videolaşdırmışıq. Etiraz edən olsa, həmin videoları ictimailəşdirməyə hazırıq...

“Təzadlar”ın Araşdırma Qrupu

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN