Ermənistanın birinci prezidenti,"Erməni milli konqresi" partiyasının lideri Levon Ter-Petrosyan erməni KİV-lərə verdiyi müsahibədə "Bu gün dünyada erməni millətçilərinin Azərbaycan ərazilərini yenidən ələ keçirmək üçün işğal və revanşist planlarını dəstəkləyəcək bir ölkə yoxdur"-deyə vurğulayıb.
Ter-Petrosyan bu sözləri parlament seçkilərində məğlub olan erməni millətçiliyinin ideoloqu Robert Koçaryanın Azərbaycanın Şuşa şəhəriniı və Hadrutu yenidən işğalı etmək xülyasına münasibətini bildiriərkən deyib.
"Bu, problemlərə yol aça bilər. Robert Koçaryan yeni bir müharibə vəd edir. Bu arada bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Bu, dünyanın qanunudur"-deyə o bildirib.
Şakir QURBANOV