Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya Federasiyası ilə sülh müqaviləsi iki ayrı sənəddən ibarət ola bilər.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Vladimir Zelenski Ukrayna mediasına müsahibəsində bu barədə danışıb: "Rusiya ilə sülh müqaviləsi iki sənəddən ibarət ola bilər. Onlardan biri Ukraynanın təhlükəsizlik təminatıdır, digəri isə birbaşa Rusiya Federasiyası ilə münasibətləri ilə bağlı olmalıdır. Düşünürəm ki, bu, iki fərqli sənəd ola bilər. Bu təhlükəsizlik zəmanətlərinə qarant olanların zəmanətləridir. Moskva bütün məsələlərin həllini ehtiva edən bir müqavilənin olmasını istərdi. Bununla belə, hər kəs özünü Rusiya Federasiyası ilə masa arxasında tam görmür. Onlar üçün Ukrayna üçün təhlükəsizlik təminatı bir məsələ, Rusiya Federasiyası ilə razılaşma isə başqa məsələdir. Rusiya hər şeyin bir sənəddə olmasını istəyir, amma insanlar, üzr ​​istəyirəm, Buçada baş verənləri gördülər, özünüz nəticə çıxarın. Bu vəhşiliyin adı yoxdur...”.

Rusiyanın Ukraynanı işğal etmə planı isə hələki dəyişməz olaraq qalır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN