Əfsanəvi futbolçu Dieqo Maradonanın öz əcəli ilə vəfat etmədiyi, öldürüldüyü iddia olunub.
Belə ki, sözügedən iddia ilə Maradonanın oğlu Dieqiutonun vəkili Mario Baudri çıxış edib. Onun sözlərinə görə, Maradonanın ölümündə ona nəzarət edən həkimlərin səhlənkarlığı olub. “Ona tətbiq olunan müalicədən ölə bilərdi. Sadəcə müalicəni davam etdirmədilər, eyni zamanda nəticəni dəyişdirmək üçün heç nə etmədilər”, - deyə M.Baudri bildirib.