Bəli, Azərbaycanın 44 günlük Zəfər müharibəsi nəinki Ermənistanın 30 illik işğalçılıq siyasətinə və "odda yanmaz, suda batmaz" saxta mifinə son qoydu, həm də Azərbaycanın hansı gücə və nüfuza malik olduğunu dünyaya göstərdi...
Düşmənin Qarabağda dağıtdıqlarını görənlər bilir ki, bərpa işləri hansı iqtisadai güc və siyasi səbr tələb edir. Amma Azərbaycan bunu bacarır, qurur, tikir və düşmənə dərc verərək irəliləyir... Qarabağda çəkilən bu yollar həm də düşmənə göz dağıdır. Budur, məsələn, Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisinə də başlanıldı. Yol tikintisi ilə eyni vaxtda üç podratçı məşğul olur. Artıq 6 gündür ki, torpaq işləri aparılır. Avqustun 25-dən sonra Ermənistanın Qarabağla əlaqəsi torpaq yol ilə təmin ediləcək. Yeni yolun ümumi uzunluğu 11,8 km olacaq. Tikinti işlərinin gələn ilin yazınadək başa çatdırılması nəzərdə tutulur.
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin xüsusi tapşırığına uyğun olaraq bu yol tikintisi də "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin sədri Saleh Məmmədovun birbaşa nəzarəti altında həyata keçirilir. Agentliyin rəsmi saytının məlumatında da bildirilib ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikinti işləri artıq yekunlaşıb. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.