Ermənilərin Azərbaycana xəyanəti və törətdikləri əməlləri "gəmidə oturub gəmiçi ilə dava" təəssüratı yaradır...

Bu işğalçılar isə hələ 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağın müstəqilliyini elan edərərk Azərbaycanın  Ağdərə (Şaumyan) rayonunu da ona "birləşdiriblər". Bu gün, bu hadisələrin 31-ci ildönümündə Ermənistan baş naziri Paşinyan geniş bəyanat yayaraq, bu hərəkətlərə bəraət qazandırıb. O, bu qərarı "Arsax ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiəsinin zəmanəti" adlandırıb. Sitat: "Arsax ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri və müvafiq olaraq Dağlıq Qarabağın statusu məsələsi həll olunmadan Dağlıq Qarabağın ərazi vahidi olaraq mövcud olmaması və Dağlıq Qarabağ probleminin həlli haqqında heç bir bəyanat əhəmiyyət kəsb etmir. Bu məsələnin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri beynəlxalq ictimaiyyət tərəfindən təsdiq edilmiş və ləğv edilməmiş mandata malikdir". Paşinyan beynəlxalq ictimaiyyəti "Dağlıq Qarabağda etnik təmizləmələrə" imkan verməməyə çağırıb və "dinc, sivil yollarla" Qarabağ əhalisinin təhlükəsizliyini təmin etməyi vəd edib. Onun bu sözləri ilə ikii gün əvvəl Brüsseldə Azərbaycanla sülh sazişi bağlaması maraqlı görünür.

 Bu arada Qarabağ separatçılarının indiki lideri Araik Arutyunyan bəyanat verib və 2 sentyabr 1991-ci ili "tarixi gün" adlandırıb. Sitat: "31 il sonra Arsax xalqı əminliklə və qətiyyətlə bildirir ki, zamanın bütün sınaqlarına baxmayaraq, o, öz qərarına, seçdiyi dönməz yola sadiqdir. Arsax möhkəm dayanmalı, ermənilərə məxsus olaraq qalmalı və öz müstəqillik yolunu davam etdirməlidir".

Xəstə təxəyüllü adama daha nə deyəsən?! Dünya Azərbaycanın gücünü də gördü, haqq işini də. İndi durub kimsə yeni tarix yazmaq istəyirsə, yanılır...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN