Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə telefon danışığında rəsmi Moskvanın Ukraynadakı müharibəni dayandırması və danışıqlara başlaması barədə danışıb.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Yelisey Sarayı rəsmi məlumat yayıb. Sitat: "Bu münasibətlə (telefon danışığında - red), dövlət başçısı danışıqların başlaya bilməsi üçün onun (Rusiya Federasiyasının apardığı müharibənin ) mümkün qədər tez dayandırılması tələbini xatırladıb...". Makron Rusiya Prezidentinə Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyi ilə bağlı narahatlığını da bildirib. Makron eləcə də İstanbul taxıl müqaviləsi mövzusunu da qaldırıb və “müqavilə çərçivəsində ixrac edilən taxılın həqiqətən ona ən çox ehtiyacı olanlara getməsini” təminatına çağırıb.

Ukraynada isə müharibə davam edir. Rusiya ordusu işğal etdiyi ərazilərdən geri çəkilməkdə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN