Rusiyada Putinin hakimiyyətini dəstəkləmək üçün xüsusi hərbi dəstələr yaradılıb...

Tezadlar.az "manas.news"a istinadla bildirir ki, “Putinin aşpazı” Yevgeni Priqojin və Çeçenistanın rəhbəri Ramzan Kadırovun hərbi birləşmələri Rusiyada potensial üsyanları yatırmaq üçün yaradılıb. Ancaq Kreml onlardan Ukraynaya qarşı müharibə zamanı istifadə edib. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak məlumat verib.Sitat: “Priqojin və Kadırov Putinin hakimiyyətini qorumaq üçün öz ordularını yaratmaq hüququna malik insanlardır. Bu ordular ilk növbədə Rusiya daxilində baş verə biləcək hər hansı üsyanları yatırmaq üçün yaradılıb”.

Ukrayna hərbi kəşfiyyatının rəsmisinin sözlərinə görə, “yaxşı təlim keçmiş və cəsur” kadırovçuların nümayişi ilk növbədə Rusiya ictimaiyyətinə yönəlib. Bu gün Ukraynaya qarşı genişmiqyaslı müharibədə Kadırovçular cəbhədə səfərbər edilmiş və ya digər əsgərlərin geri çəkilməsinə mane olan baraj dəstələri kimi istifadə olunur. Yəni, Kadırov ordusunun əsas vəzifəsi rusları qorxutmaqdır. Məlumdur ki, Rusiya Ukraynadakı müharibəyə əsirləri kütləvi şəkildə cəlb edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN