Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub....

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Hökumət administrasiyası məlumat yayıb. Məlumata əsasən, tərəflər ikitərəfli əməkdaşlıq və regional əhəmiyyətli məsələləri müzakirə ediblər. Bu kontekstdə Cənubi Qafqazda vəziyyətin yaxşılaşdırılmasının və bu istiqamətdə müvafiq addımların atılmasının vacibliyi vurğulanıb. İrakli Qaribaşvili və Nikol Paşinyan Gürcüstan və Ermənistan arasında ticari-iqtisadi əlaqələrin davamlı inkişafının zəruriliyini vurğulayaraq, 2023-cü ilin əvvəlində İrəvanda Gürcüstan-Ermənistan idarələrarası komissiyasının iclasının keçirilməsi barədə razılığa gəliblər. 
Bəs dünyanın baş bəlasına çevrilmiş Ermənistanın Gürcüstanla daha hansı sahələrdə razılığı mümkündür? Axı ermənilər bir müddət əvvəl Gürcüstan ərazisinə iddia edirdilər. Bu isə o deməkdir ki, sağalmaz erməni xəstəliyi dünyanın baş bəlasına çevrilib, virus kimi yayılır. İlk simptomlar Faransada görünməkdədir... Söhbət Fransa Senatının dünən Azərbaycan əleyhinə qəbul etdiyi saxta qətnamədən gedir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN