Müharibənin Öyrənilməsi İnstitutu (ISW) ukraynalı uşaqların aparılaraq məcburi övladlığa götürülməsi ilə bağlı Rusiya tərəfindən yayılan videoları təhlil edib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ruslar ukraynalı uşaqların məcburi övladlığa götürülməsini açıq şəkildə reklam etməyə başlayıblar. İnstitutun məlumatına görə, Donbasdan rus ailələrinə övladlığa götürülən bir neçə ukraynalı uşağın videogörüntüləri bunu sübut edir. Videolarda, həmçinin iddia olunur ki, Rusiya rəsmiləri təkcə 2022-ci ildə Donbassdan 150 mindən çox uşağı çıxarıblar. ISW xatırladır ki, “istirahət və reabilitasiya adı altında uşaqların məcburi övladlığa götürülməsi və deportasiyası proqramları, çox güman ki, Rusiyanın kütləvi depopulyasiya kampaniyasının əsasını təşkil edəcək və bu, Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın pozulmasını təşkil edə bilər. Sitat: "Bu daha geniş etnik təmizləmə cəhdidir”.
İnstitut eləcə də Vaqnerin maliyyəçisi Yevgeni Priqojinin özünü Rusiya Federasiyasının müharibəyönlü ultra-millətçi icmasının mərkəzi fiquru kimi təsdiqləməkdə davam etdiyini və ehtimal ki, iddialı siyasi məqsədlər güddüyünü də izləyir.

Rusiyalı ekspertlərin ukraynalı uşaqların övladlığa götürülməsini ciddi cəhdlə humanitar təşəbbüs kimi qələmə verməsi isə Ukrayna ictimaiyyətində ciddi narazılıqla qarşılanmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN