Dünən dekabrın 4-də Avropa Komissiyası Aİ-yə üzv dövlətlərini Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi haqqında məlumatlandırıb.

Bu dəfəki məhdudiyyətlər maliyyə institutları və mediaya (media) şamil edilir. Tezadlar.az “Azadlıq” radiosunun Avropadakı redaktoru Rikard Jozviaka istinadla bildirir ki, o,  “Twitter” səhifəsində məlumat verib. Sitat: “Avropa Komissiyası bu gün (dekabrın 4-də – red.) Aİ-yə üzv dövlətləri Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi barədə məlumatlandırıb. Maraqlıdır ki, sanksiyalar yenə də Belarusa qarşı yönəlməyib..”.

Jurnalistin sözlərinə görə, sanksiyaların ilkin yeni siyahısında banklar, media və texnologiya şirkətləri də daxil olmaqla 180-ə yaxın təşkilat var. Dekabrın 12-də Aİ xarici işlər nazirlərinin görüşündə ilkin yeni sanksiyalar paketi razılaşdırıla bilər. 

Dekabrın 3-də Aİ Şurası xam neftin, neft yağlarının və Rusiya Federasiyasından bitumlu materiallardan alınan yağların qiymətinin bir barel üçün 60 dollar səviyyəsində məhdudlaşdırılması barədə qərar qəbul edib. Sanksiyalar bu gündən qüvvəyə minəcək. Bu isə o deməkdir ki, Rusiya istəməsə belə, bu məhsulları 60 dollardan baha sata bilməyəcək.

Ukraynada isə müharibə səngimir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN