Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov sensasion açıqlama verib...
O, bildirib ki, zaman keçdikcə Ukrayna Amerika istehsalı olan F-16 qırıcı təyyarələri alacaq və indi Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək qabiliyyətinə malik olan öz silahı var. Tezadlar.az "Ukrayna xəbərləri"nə istinadla bildirir ki, Aleksey Danilov dünən fevralın 7-də CNN-ə müsahibəsində belə deyib. Sitat: "F-16-ları almağımız an məsələsidir. Onlar mütləq gələcəklər. Təəssüf ki, bu arada müstəqilliyimiz uğrunda mübarizə aparan insanlarımızı itiririk... Rusiya ərazisinə gəlincə, heç kim bizə Ukrayna istehsalı olan silahlarla hədəfləri məhv etməyi qadağan etmir. Bizdə isə belə silahlar var? Bəli, var".
CNN onu da qeyd edib ki, Qərb ölkələri Ukraynaya Qərbin verdiyi silahlarla Rusiya ərazisinə zərbələr endirməyi qadağan edib.
Müharibə zamanı isə Rusiyanın strateji obyektlərində daim qəribə partlayışlar baş verir, lakin Ukrayna bu zərbələrə görə məsuliyyətini heç vaxt açıq şəkildə etiraf etməyib. Çünki Ukraynanın zavodlarında belə "qəribə" silahlar istehsal olunur. Sadəcə, ruslar bunun istehsal yerini öyrənə bilmirlər.
A.Məmmədli