ABŞ prezidenti Co Bayden ötən gün çıxışında Rusiyanın Ukraynadakı müharibəsini dünya üçün ən böyük sınaq adlandırıb və dövlətlərin lazım olduğu müddətdə ukraynalıları dəstəkləyəcəklərinə əmin edib.
Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, Baydenin çıxışı canlı yayımlanıb. O, deyib: “Mən bir il əvvəl palatada Vladimir Putinin Ukraynaya qarşı kobud müharibəsindən danışdım. Bu, Amerika üçün, bütün dünya üçün bir sınaqdır. Ən əsas prinsipləri müdafiə edəcəyikmi? Biz suverenliyi qoruyacağıqmı, xalqın zülmdən azad yaşamaq hüququnu müdafiə edəcəyikmi? Biz demokratiyanın müdafiəsinə qalxacağıqmı? Bir il sonra cavabı bilirik: bəli, edəcəyik! Və bəli, biz bunu etdik! Biz bunu edirik. Biz NATO-nu birləşdirdik və qlobal koalisiya qurduq. Biz Putinin təcavüzünə qarşı durmuşuq. Biz Ukrayna xalqının yanındayıq. Nə qədər lazımdırsa, biz sizin yanınızda olacağıq”.
Tezadlar.az xatırladır ki, bu arada Almaniya Ukraynaya 178 ədəd "Leopard1" verməyə razılaşıb. ABŞ isə Polşaya 10 milyard dollarlıq silah-sursat verəcəyini təsdiqləyib. Bununla da Ukraynanın müdafiəsi üçün yaradılmış koalisiya Rusiyanın qəfil hücumunu dəf etməyə və bütün işğal ərazilərini azad etməyə hazırlaşır.
A.Məmmədli