Ukrayna prezidenti Vladimir Zelenski rəsmən bildirib ki, Böyük Britaniya Ukraynaya, xüsusən də uzaqmənzilli silahların daxil olduğu “güclü müdafiə paketi” verməyə hazırdır.

Tezadlar.az Reuters-ə istinadla bildirir ki, bu barədə həm də Ukrayna Prezident Administrasiyası məlumat yayıb. Sitat: "Bizim Böyük Britaniyadan güclü müdafiə paketimiz var. Biz çoxlu miqdarda zirehli texnika, uzaqmənzilli silahların tədarükü barədə razılığa gəldik və ukraynalı pilotların təliminə başlamağa razılaşdıq. İnanıram ki, bu, bizim – Ukrayna və Böyük Britaniyanın aydın siqnalıdır ki, biz nəinki birlikdə gedəcəyik, həm də ümumi qələbəmizə doğru bu çətin yoldan keçəcəyik”.
Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynada görüşərkən Zelenskiyə vəd verib ki, Böyük Britaniya Ukraynaya müxtəlif növ silahların tədarükünü sürətləndirir. Sitat: “Xüsusilə, biz “Challenger” tanklarından danışanda, onlar Ukraynanı müdafiə etmək üçün daha tez göndəriləcək...".

Rusiyanın "Rossiya24" telekanalının aparıcıları və ekspertlər isə dünəndən bu razılaşmaları pisləyərək belə olarsa, cəbhədə vəziyyət daha da gərginləşəcəyini açıqlayır. Halbuki az əvvəl Almaniya tanklarının rus tankları qarşısında oyuncaq olduğunu deyirdilər.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN