Sosial platformalar ermənilərin yalan xəbər və iddiaları ilə dolub-daşır...
Əsas mövzuları da guya Qarabağdakı ermənilərin 70 gündür blokadada olması məsələsidir. "Təzadlar" bir neçə dəfə bu məsələyə toxunmuşdur. Yazmışıq ki, axı necə ola bilər ki, Qarabağda yaşayan soydaşlarımız 30 il ərzində öz yurdundan qovuldu, öz torpağına gedə bilmədi, blokada da oldu, amma dünya susdu... İndi nə baş verir ki, humanitar yüklər üçün açıq olan Şuşa-Xankəndi yolu açıq olduğu halda, ermənilər şivən qoprır???
Tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov özünün sosial platformasında bu məsələyə toxunaraq maraqlı təkliflə çıxış edib. Sitat: "...Erməni operativ məlumat mübadilə sistemləri Laçın yolu ilə bağlı hər gün yüz minlərlə məlumat yayırlar. Hər gün də "120 000 xristian əhaliyə, o cümlədən qocalara və uşaqlara qarşı tətbiq olunan blokada ....gündür davam edir..." cümləsi ilə başlayan və milyonlarla tirajlanan tvitlər və statuslar paylaşılır... Amma bizim təkzib mexanizmimiz müqaiysə olunmaz dərəcədə zəifdir. Bunun obyektiv və subeyktiv səbəbləri var. Amma biz heç olmasa "Azərbaycanın Naxçıvan bölgəsinin blokadası 34 il 31 gündür (şərti) davam edir" kimi paylaşımlar etməliyik. Dünya bilmir ki, bunlar 70 gün deyib yalandan hay-küy salıb, amma Naxçıvan 34 ildən çoxdur ki, Ermənistan tərəfindən blokadaya alınıb...".
Bəli, buna Qarabağ və Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın halını da əlavə etmək lazımdır. Əvvəl dedim, milyondan çox soydaşlarımız öz yurdundan məhz ermənilərin əli və silahı, işğalı ilə qovuldu, 30 ildən çox müddətə öz yurdlarına gedə bilmədilər, blokadada oldular. Amma indi ermənilər mülki əhali olaraq hər gün Xankəndinə gedib-gələ bilirlər... Burda hansı blokadadan söhbət gedə bilər?!
A.Məmmədli