ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir və bu istiqamətdə hər bir dəstəyi verməyə hazırdır...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel keçirdiyi növbəti brifinqdə deyib. O, Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb. Sitat: "Dövlət katibinin (ABŞ dövlət katibi Entoni Blinken - red.) əvvəllər qeyd etdiyi kimi, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında həm ikitərəfli əsasda, həm də tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində danışıqlara kömək etməyə davam edəcəyik”.

Bəli, ABŞ var gücü bölgədə sülhün olmasında maraqlıdır. Lakin Ermənistan bunu istəmirsı və ən azı 30 il ərzində Azərbaycan torpaqlarını viran qoyub şəhərlərimizi darmadağın edibsə, onda Azərbaycan nə etməlidir? Sülh iki tərəf arasında olur, birtərəfli olmur. İndiki halda o biri tərəf işğalçı Ermənistandır və bu qondarma dövlətlə bacarmayan ABŞ potensial düşməni olan Rusiya ilə necə bacaracaq?

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN