Məhkəmə bu dəfə olduqca maraqlı qərar qəbul edib...

Belə ki, Qırğızıstanın Pervomayski Rayon Məhkəməsi Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində mitinqlərə qoyulan qadağanın 2023-cü il iyulun 1-dək uzadıldığını elan edib. Tezadlar.az Vesti.kg-yə istinadla bildirir ki, qərar dinc toplantılar üçün yerləri məhdudlaşdıran Pervomayski inzibati dairəsi üzrə bələdiyyə administrasiyasının qanuni səlahiyyətləri əsasında qəbul edilib. Məhkəmənin qərarına əsasən, Ala-Too meydanında mitinqlər, Erkindik bulvarı ilə Dəmiryol Vağzalından Çuy prospektinə qədər yürüş, Joqorku Keneş və Prezident Administrasiyasının, Ali Məhkəmənin, Rusiya səfirliyinin binaları yaxınlığında mitinqlərin keçirilməsi, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi, eləcə də İvan Panfilov adına parkda və Tattıbyubyu Tursunbayeva adına ictimai bağın ərazisində qadağan edilib. Yalnız Maksim Qorki adına meydanda aksiyaların keçirilməsinə icazə verilir. Qeyd edək ki, qadağa dövlət və bələdiyyə rəsmi tədbirlərinə şamil edilmir.

Məhkəmənin bu qərarı beynəlxalq qurumların sərt tənqidinə məruz qalıb. Bu qərarı sərbəst toplaçma azadlığının məhdudlaşdırılması kimi qiymətləndiriblər.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN