"Rusiya öz sərhədlərinin hara olduğunu anlamalı və həmişəlik öz sərhədlərinə qayıtmalıdır.".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bunu Litvada səfərdə olan ölkə Prezidenti Salome Zurabişvili litvalı həmkarı Gitanas Nauseda ilə birgə mətbuat konfransında deyib. Salome Zurabişvili onu da qeyd edib ki, təkcə Gürcüstan deyil, dünya və bütövlükdə Avropa bu gün ən çətin sınaqla üz-üzədir: “Rusiyanın ən qəddar təcavüzünün başlamasından və minlərlə dinc insanın, o cümlədən uşaqların həyatına son qoyan müharibənin davam etməsindən bir ildən çox vaxt keçir. Buça, Mariupol, İrpin, Baxmut, Xerson - bunlar Ukrayna xalqının bizə göstərdiyi dözümlülüyün bir neçə nümunəsidir. Rusiyanın birdəfəlik olaraq öz sərhədlərinə qayıtması və digər ölkələrin, qonşularının ərazilərinin işğalına son verməsi hamının ümumi məqsədi olmalıdır”.

Xatırladaq ki, Rusiya Gürcüstan ərazisini işğal edib və hələ də bu işğal qalmaqdadır.

A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN