"İlk növbədə, öz suveren, müstəqil siyasətini həyata keçirsinlər, milli maraqlarını müdafiə etməyi öyrənsinlər”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Fransanın başqa ölkələri təhdid etməyə haqqı yoxdur.
TEZADLAR.AZ xəbər verir ki,Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında aktual mövzularla bağlı açıqlamalar verib.
Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun “Rusiyaya kömək edəcək olan ölkələr Rusiyanın şəriki kimi qəbul ediləcək” bəyanatına reaksiya verib.
"Ölkəmizə yardım etmək niyyətində olan, ölkəmizlə qarşılıqlı əlaqədə, əməkdaşlıq edən ölkələrə qarşı təhdidlər açıq-aşkar şantajdır. Suveren ölkələrlə bu şəkildə danışmaq haqqını kimin verdiyini anlamaq mümkün deyil. Heç kimin belə bir hüququ yoxdur. İlk növbədə, öz suveren, müstəqil siyasətini həyata keçirsinlər, milli maraqlarını müdafiə etməyi öyrənsinlər”, - deyə Mariya Zaxarova əlavə edib.
Britaniyanın Ukraynaya zəiflədilmiş uranlı sursatları göndərmək planlarına da toxunan Mariya Zaxarova deyib: “Biz əlimizdən gələni edəcəyik ki, heç kim bu məsuliyyətsiz addımı atmasın''.
Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsi məsələsi ilə bağlı vurğulayıb ki, Rusiya və Belarus xarici təhdidlərə qarşı ortaq müdafiə zonası qurur.
"Belarusla nüvə zonası daxil olmaqla hərbi əməkdaşlıq Rusiya Federasiyasının bütün mövcud beynəlxalq hüquqi öhdəliklərinə uyğundur. Gələcək addımlar hərbi-strateji vəziyyətin inkişafına uyğun olacaq. İndiki mərhələdə təəssüf ki, sözügedən vəziyyət pisləşməkdə davam edir. Bunun səbəbi Amerika Birləşmiş Ştatları və NATO müttəfiqlərinin yürütdüyü siyasət və konkret hərəkətləridir”,-deyə Rusiya Xarici İşlər Nazirliyini sözçüsü qeyd edib.
Qərb ölkələrinin münaqişəni uzatmaq üçün Ukraynaya silah göndərməyə davam etdiyini bildirən Mariya Zaxarova ABŞ-ın Ukraynaya 2,6 milyard dollarlıq yeni hərbi yardım edəcəyinə diqqət çəkib.
Mariya Zaxarova bununla belə, ABŞ-ın müharibə başlayandan bəri Ukraynaya hərbi dəstəyinin 35 milyard dolları keçəcəyini bildirib.
Rusiya XİN-in sözçüsü "Bu, sadəcə ABŞ-ın etdiyi yardımdır. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, eləcə də İspaniya, Hollandiya, Norveç, Danimarka, Polşa, Portuqaliya, Finlandiya və İsveçrə hərbi dəstək verib və ya göstərməyi planlaşdırır. Bu ölkələrin əksəriyyəti daha əvvəl ölkəmizlə savaşmağa çalışıb'', - deyə bəyan edib.
TRT