"Mixeil Saakaşvili son dərəcə zəifləyib və hər keçən gün onun vəziyyəti daha da pisləşir".

Tezadlar.az 24News.ge-yə istinadla bildirir ki, bu sözləri Saakaşvilinin anası Giuli Alasaniya "Vivamed" klinikasında onu ziyarət etdikdən sonra deyib. Alasaniyanın sözlərinə görə, o, hələ ki, polşalı həkimlərin keçmiş prezidenti ziyarət etmək üçün Gürcüstana nə vaxt gələcəkləri barədə məlumata sahib deyil: “Şəxsən mənim polşalı həkimlər haqqında heç bir məlumatım yoxdur. Mən çox təəccüblənirəm, çünki onların gəlişi barədə məlumatlardan üç ay keçdi, görünür burada ciddi maneələr var”.

Aazırda Mixeil Saakaşvilinin mövcud vəziyyəti ilə bağlı Strasburqa göndərilən müraciətə cavab gözləyir.

Gürcüstan hakimiyyəti isə onun xarici ölkələrin birində müalicəsinə razılıq verməyə tələsmir. Hakimiyyət hesab edir ki, Saakaşvilinin ölkədən getməsi ilə müxalifət cəsarətlənəcək...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN