"Ukraynada müharibənin başlamasından sonra 80 min rusiyalı Gürcüstana köçüb".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, ölkə Prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxışı zamanı deyib. Dövlət başçısı Gürcüstanın öz ərazilərinin 20%-ni işğal edən ölkənin vətəndaşlarını qəbul etməsinin ölkədəki tolerantlığı nümayiş etdirdiyini bildirib. Bununla belə, Zurabişvili tolerantlığın eskalasiya və məyusluğa yol açmaması üçün aydın və sərt dövlət tənzimləmələri ilə müşayiət edilməli olduğunu qeyd edib. Gürcüstan Prezidenti ölkə əhalisinin 20 faizini ermənilərin, azərbaycanlıların təşkil etdiyini əlavə edib.

Maraqlıdır ki, bu köç indi də davam edir. Hətta Gürcüstanda mülk alan Rusiyalıların da sayı durmadan artır. Maraqlıdır ki, Rusiya Gürcüstan ərazisini işğal edib, amma bu ölkəyə köç davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN