Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı cavab tədbirlərinin azaldığını gizlətmək üçün Moskvaya pilotsuz təyyarə ilə hücumun əhəmiyyətsiz olduğunu dilə gətirib...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun analitikləri bildiriblər. Belə ki, Rusiya paytaxtına Ukrayna PUA-nın hücumunu şərh edən Putin, rus qoşunlarının "iki-üç gün əvvəl" Ukrayna hərbi kəşfiyyatının qərargahına hücum etdiyini və Rusiya Silahlı Qüvvələrinin "Ukraynanın Donbasa qarşı müharibəsinə" cavab verməyə davam etdiyini bildirib. Rusiya Federasiyasının prezidenti Moskvaya pilotsuz təyyarələrin endirilməsinin Kiyevin Rusiyanın zərbələrinə cavabı olduğuna eyham vurub. Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi mayın 30-da bildirib ki, Rusiya qoşunları Ukraynada “əsas qərar qəbuletmə mərkəzlərinə uzaq mənzilli havadan dəqiqlikli silahlardan istifadə etməklə bir sıra zərbələr endirib”.
Sitat:  “Rusiya Müdafiə Nazirliyi Ukrayna hərbi kəşfiyyatının qərargahına hücum etdiyini deməyib, Putinin etdiyi bəyanatına dair heç bir sübut yoxdur. Rusiya prezidenti həmçinin bildirib ki, Ukrayna cavab reaksiyası verməyə çalışır və Rusiyanı öz hərəkətlərinə diqqətli olmağa məcbur edir. Putinin keçmiş və indiki raket zərbələrini vurğulaması çox güman ki, Rusiya Federasiyasının artıq aktiv şəkildə cavab verdiyini və Ukraynanın növbəti təxribatlarına cavab verməyə ehtiyac duymadığını aydınlaşdırmaq cəhdidir...".

Ukrayna kəşfiyyatı isə dünən FeredoomTV efirində Rusiyanın Donbas istiqamətindəki itkilərinə toxunub. Amansız müharibə isə davam edir...

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN