Ermənistanla sülh danışıqları başı Ukraynaya qarışmış Rusiyadan yenə yan keçəcək...
Səbəb isə çox sadədir: Ukraynada başladığı müharibəsi ilə sülhə meydan oxuyan, pozuculuqla məşğul olan Rusiya özü 30 il arxa durduğu Ermənistanın müharibə şəraitinə meydan olmuşdursa, indi Ermənistanı necə sülhə məcbur edə bilər? Elə buna görə də "Avropa İttifaqındakı həmkarlarımızın ev sahibliyi ilə bir neçə həftə sonra növbəti görüşün keçirilməsi gözlənilir”'- deyən Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken bəyanatında belə deyib. Tezadlar.az CNN-ə istinadla qeyd edir ki, o, əlavə edib: “Düşünürəm ki, biz nə qədər yaxınlaşsaq, razılaşmaya bir o qədər yaxınlaşacayıq. Əldə edilmiş tərəqqiyə görə hər iki tərəfə təşəkkür edirik. Bu səylərimizi önümüzdəki həftələrdə və aylarda davam etdirəcəyik”.
Yeri gəlmişkən, bu da bizim Avropa! Fransa prezidentinə təpinə bilmirlər ki, Azərbaycanla bağlı danışanda məsuliyyətli ol və ağzının danışığını bil...
A.Məmmədli