"Nüvə müharibəsi dünyanı, şərti müharibə isə Gürcüstanı məhv edəcək".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri "Gürcü Arzusu" siyasi partiyasının sədri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, NATO rəsmiləri məsuliyyətlərinə uyğun olaraq nüvə müharibəsindən qaçır, Gürcüstan isə sıravi müharibədən belə uzaq durmağa çalışır: "NATO nüvə müharibəsindən çəkinir, biz sadəcə müharibədən qorxuruq. Əgər nüvə müharibəsi dünyanı məhv edəcəksə, şərti müharibə Gürcüstanı məhv edəcək. NATO-nun yüksək səviyyəli siyasətçiləri öz məsuliyyətlərinə əsaslanaraq, nüvə müharibəsindən qorxmaları və buna görə də Rusiya ilə qarşıdurmaya getməmələri tamamilə təbiidir. Söhbət Gürcüstandan gedirsə, adi müharibə ilə bağlı da biz eyni məsuliyyət daşıyırıq". Onun sözlərinə görə, Gürcüstanın NATO-ya üzv olmaq istəyi və eyni zamanda daimi olaraq üzv olmaması ölkə üçün riskdir. Sitat: "Gürcüstan daimi risk altındadır. Əgər siz üzvlük istəyinizi ifadə edirsinizsə və üzv olmayaraq qalırsınızsa, təbii ki, siz daimi risk altındasınız. Ona görə deyirəm ki, bu vəziyyət nə qədər uzun sürsə, bir o qədər də uzanacaq, risklər isə qalmağa davam edəcək. Buna görə də, gəlin qlobal siyasətin bizim xeyrimizə inkişaf edəcəyinə ümid edək".

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN