"Mən Gürcüstan uğrunda və Gürcüstanın Avropa İttifaqına üzv olması uğrunda mübarizəni, həmçinin Mixeil Saakaşvili məsələsini həll etmək üçün apardığım mübarizəni davam etdirmək niyyətindəyəm".

Tezadlar.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin üzvü Viola Von Kramon Strasburqda “Mtavari Arkhi” telekanalının yaradıcılarından biri olan Nika Qvaramiya ilə birgə mətbuat konfransında bildirib. Kramonun sözlərinə görə, Gürcüstanda keçirilən son nümayişlər gənc nəslin Avropanı istədiyini və bu istiqamətdə həvəsli olduğunu göstərib. "Anna Fotikanın dediyi kimi, biz Gürcüstanın dostuyuq və qütbləşməni aradan qaldırmaq üçün Gürcüstanı dəstəkləməyə davam edəcəyik. Biz çox istəyirik ki, Avropa İttifaqının verdiyi tövsiyələr yerinə yetirilsin. Görürük ki, Gürcüstanın gənc nəsli iddialı, Avropa tipli nəsildir. Onlar ölkədə çox mühüm rol oynayırlar. Əminəm ki, bu nəsil dəyişiklik gətirəcək. Mən Gürcüstan uğrunda mübarizəni davam etdirmək və Gürcüstanın Avropa Birliyinə üzv olması üçün mübarizə aparmaq niyyətindəyəm. Həmçinin, Mixeil Saakaşvili məsələsini həll etmək üçün də addımlar atmaq istəyirəm. Gürcüstandakı son nümayişlər bizə göstərdi ki, gənc nəsil Avropa niyyətli və həvəslidir. Onlar Sovet İttifaqına və Rusiyaya qayıtmaq istəmirlər və demokratik Gürcüstan tərəfdarlarıdır. Onların köməyə ehtiyacı var, amma düşünürəm ki, Gürcüstanın gələcəyi onların əlindədir. Yeni nəsil Gürcüstanın Avropanın tamhüquqlu üzvü olması üçün hər şeyi edəcək".

Avropalı parlamentari 2024-cü il seçkilərindən də danışıb və qeyd edib ki, hakimiyyət tərəfindən seçkilərin nəticələrini öz xeyrinə dəymək üçün "təzyiqlər və əhalini qorxutmaq cəhdləri" gözlənilir: “Avropa İttifaqı və beynəlxalq ictimaiyyət Gürcüstanda son seçkilər zamanı baş vermiş münasibətlərin gərginləşməsinin əleyhinədir. Düşünürük ki, əhaliyə təzyiq cəhdi olacaq. Biz edilə biləcək hər şeyi bilirik, seçkilərin nəticələrini öz xeyrinə düzəltmək üçün onların bütün “hiylələrini” bilirik", - deyə Viola fon Kramon vurğulayıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN