“Rusiya Federasiyası Ukrayna ilə sülhə dair İstanbul müqaviləsi layihəsini ümumən məqbul hesab edirdi. Burada Ukraynanın təhlükəsizlik zəmanətləri çox təfərrüatlı şəkildə göstərilmişdi”.
Tezadlar.az Rosiyya24-ə istinadla bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin birinci Gələcək Texnologiyalar Forumunda çıxışı zamanı bəyan edib. O, bildirib ki, Ukraynanın öz təhlükəsizliyini təmin etmək hüququ var, lakin bunu Rusiyaya təhlükə yaratmaq hesabına etməməlidir. “Ukraynanın NATO-ya üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq. NATO-ya üzvlük Ukraynanın isə təhlükəsizliyini artırmayacaq”, - deyə Putin bildirib.
Prezident vurğulayıb ki, məhz Ukraynanın NATO-ya mümkün qəbulu ölkəyə qarşı hərbi əməliyyatların səbəblərindən biri olub.