"Ümid edirəm ki, Salome Zurabişvili Mixeil Saakaşvili məsələsində başqasının maraqlarına deyil, ölkənin maraqlarına uyğun hərəkət edəcək".
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu sözləri "Gürcü arzusu"nun sədri İrakli Kobaxidze, Ukrayna Radasında Saakaşvilinin əfv edilməsi ilə bağlı başladılan layihəni şərh edərkən bildirib. Jurnalistin - "...prezident bu təzyiqlərə tab gətirə bilməyib təsir altına düşə bilərmi?"- sualına cavab olaraq İrakli Kobaxidze deyib ki, Gürcüstanda ikinci cəbhədə bu koordinasiyada iştirak edən eyni adamlar mövcuddur: “Bununla bağlı koordinasiya burada görünür və koordinasiyanın yalnız bir məqsədi var - qütbləşmə və çaşqınlıq. Nəticədə bununla ikinci cəbhə yaradılsın. Diqqətlə baxsanız, Gürcüstanda ikinci cəbhənin yaradılması üçün rəhbərlik edən şəxslər hər yerdə bu koordinasiyada iştirak edirlər. Ona görə də cəmiyyət bütün bunların məqsədinin nə olduğunu soruşmalıdır. Salome Zurabişviliyə gəlincə, ümid edirəm ki, ən azı bu halda o, son nəticədə ölkənin maraqlarına uyğun qərar verəcək, kiminsə maraqlarının diktəsi ilə hərəkət etməyəcək, əksinə, hakimiyyətin diktəsi ilə hərəkət edəcək”.
Ukrayna Ali Radasında Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin humanitar əfvi və xaricdə müalicəsi üçün müraciət layihəsi qəbul olunub. 87 deputatın imzaladığı sənəddə Gürcüstan Prezidentinə, həmçinin Avropa Parlamentinin üzvlərinə, Aİ-yə üzv ölkələrin parlament üzvlərinə, ATƏT Parlament Assambleyasına və NATO-nun Parlament Assambleyasına müraciət yer alıb.