Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Başsağlığında deyilir: “Bölgədəki terror təhlükəsini zərərsizləşdirmək, ərazidə yaşayan mülki insanları terror hücumlarından və təhdidlərindən qorumaq məqsədilə qardaş Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni çox kədərləndirir. Sizin acınız bizim də acımızdır. Şəhid hərbi qulluqçulara rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin".