Rusiya ilə Ukrayna arasında müharibə son günlər daha da şiddətlənib...
Tərəflər bir- birinin cəbhədən xeylu uzaq şəhərlərini raket atəşinə tutmaqda davam edir. Ukraynayaya isə ABŞ və Avropa ölkələrdən edilən hərbi yardımlar diqəti çəkir. Belə ki, ötən gün 10 ədəd “Marder” zirehli döyüş texnikası və “Leopard-2” tankları üçün döyüş sursatları göndərib. "Ukrainskaya pravda" yazır ki, bu barədə Almaniya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Almaniyadan gələn yeni yardım paketinə qış geyimləri, MK 556 hücum silahları və 115 mm-lik döyüş sursatları daxildir. Hansı ki, 2023-cü ildə Almaniya Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə 5,4 milyard avro yardım edib. 2022-ci ildə isə bu yardım 2 milyard avro təşkil edib.
Rusiya isə hələki cəbhəyə döyüşən canlı qüvvə axtarışındadır. Prezident Putinin dünən imzaladığı Fərmanla xarici ölkə vətəndaşlarına bu ixtiyar verilir, əvəzində isə onlar Rusiya vətəndaşlığı alır.
Ölkənin bir sıra şəhərlərində isə ərzaq qıtlığı yaşanır. Azərbaycan və Türkiyə bu həftənin əvvəlində Rusiyaya yumurta və toyuq idxal etməli oldu... Hazırda Rusiyada 1 ədəd yumurta 280-300 rubldur, yəni Azərbaycan manatına ekvivalent olaraq 1 manat 60 qəpiyədir.
Mühatibə isə davam edir.
A.Məmmədli