" Birləşmiş Ştatlar Ukraynaya 2022-2023-cü illər səviyyəsində hərbi yardım göstərməyəcək, çünki biz hərbi-sənaye bazasını qurmağa çalışırıq..."
Tezadlar.az "European Pravda"ya istinadla bildirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə belə söyləyib. Sitat: "Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik... Özü də lazım olan müddətədək. Amma bu o demək deyil ki, biz Ukraynanı 2022 və 2023-cü illərdə olduğu kimi hərbi maliyyələşdirmə səviyyəsində dəstəkləməyə davam edəcəyik".
Millerin sözlərinə görə, Birləşmiş Ştatlar eyni səviyyədə davamlı dəstəyə ehtiyac olduğuna inanmır, çünki Vaşinqtonun məqsədi Kiyevin bu müharibədə gətirməsinə və özünün hərbi-sənaye bazasını qurmasına kömək etməkdir ki, o, müstəqil şəkildə özünü maliyyələşdirsin, özü silah istehsal etsin və ya satın ala bilsin. "...Lakin biz hələ bu yolda deyilik və ona görə də Konqresin əlavə maliyyələşdirmə ilə bağlı qanun layihəsini qəbul etməsi çox vacibdir, çünki biz hələ Ukraynanın yalnız öz qüvvələrinə arxalanaraq özünü müdafiə edə biləcəyi səviyyəyə çata bilməmişik...".
Xatırladırıq ki, Ukrayna Prezidenti Zelenski iki gün əvvəl birbaşa çıxışında ABŞ və Avropadan ölkəsinə lazımi hərbi diqqətin göstərilməməsindən şikayətlənmişdi...
A.Məmmədli