Fransa hökumətinin ilk ərəb qadını, 2007-2009-cu illərdə ədliyyə naziri vəzifəsində çalışmış Raşida Dati Fransanın mədəniyyət naziri seçilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, R.Dati Fransada Azərbaycana müsbət münasibət bəsləyən, seçildikdən sonra ermənilərin narazılığına səbəb olan azsaylı siyasətçilərdən biridir. R.Dati ölkəmizin yaxın dostu olmaqdan qürur duyduğunu dəfələrlə bəyan edib.

Bununla bağlı narahatlığını Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasının sədri Murada Papazyan, “Nouvelles d'Arménie” jurnalının baş redaktoru Ara Toranyan və İl-de-Fransa Şəhər Şurasının üzvü Patrik Karam bildiriblər.

Xatırladaq ki, ötən ilin iyulunda Rəşidə Dati bildirib ki, Azərbaycan dini və etnik qruplar arasında əlaqələr baxımından bütün dünya üçün nümunə ola bilər.

"Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa böyük töhfə verən Azərbaycanın rolunu xüsusilə qeyd etmək istərdim. UNESCO bəyan edib ki, bu ölkədə təhsil səviyyəsi 95 faiz təşkil edir ki, bu da əla göstəricidir. Azərbaycanın inkişafı çox böyük təəssürat yaradır", - deyə o əlavə edib. R.Dati bildirib ki, ölkəmiz dini və etnik qruplar arasında əlaqələr, onların əsrlər boyu dinc yanaşı yaşaması baxımından bütün dünyaya nümunə ola bilər.

R.Dati qeyd edib ki, o, hər il Azərbaycana gəlir və hər dəfə bu ölkəyə gələndə yeni Azərbaycanı kəşf edir, gözəl adət-ənənələrlə tanış olur:

"Azərbaycan həqiqətən zəngin mədəniyyətə malik ölkədir. Mən bunu siyasətçi kimi yox, bu ölkəni bütün qəlbimlə sevən bir insan kimi deyirəm. Azərbaycan xalqı əsrlər boyu bu dəyərləri qoruyub saxlamış, öz mədəniyyəti ilə fəxr edir və dövlət siyasəti mədəniyyətin milli qürur subyekti kimi yerləşdirilməsinə yönəlib".

trend

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN