"Düşünmürəm ki, biz bu məsələni müqayisə edə bilmərik, çünki Rusiya Gürcüstan deyil".

Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, bu sözləri ölkə prezidenti Salome Zurabişvili "Bloomberg"in jurnalistinin sualını cavablandırarkən deyib.
 Jurnalist Zurabişviliyə sualında qeyd edib ki, "Saakaşvilinin sağlamlıq vəziyyəti də yaxşı deyil, bu eyni hadisənin yaşanmasına gətirib çıxara bilərmi": Zurabişvili cavabında deyib: “Müqayisə üçün heç bir əsas yoxdur, xüsusən də bu halda. Gürcüstan Rusiya deyil və mən bunu həmişə təkrar edəcəyəm! O ki qaldı Aleksey Navalnı ilə bağlı bu faciəvi vəziyyətə, onun həyat yoldaşı bu yaxınlarda burada konfransda idi, məncə bu, bütün dünyada insan haqları və demokratiya üçün faciəli hadisədir. Rusiya üçün isə baş verənlər sadəcə olaraq, bu gün oradakı rejimi təsdiqləyəcək, amma düşünürəm ki, bu, bizim üçün, hamımız üçün faciədir”, - deyə Zurabişvili bildirib.
 Zurabişvili müsahibəsində deyib ki, son illərdə Gürcüstan əhalisi Avropa İttifaqı yolunda irəliləmək üçün əlindən gələni edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN